Lira

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lira
Hornbostel–Zaks təsnifatı 321.21-5
Əlaqəli alətlər Lira
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lira (yun. λύρα , lat. lyra) – simli-dartımlı musiqi aləti. (Xordofon) Qədim dövrlərdən günümüzə qədər gəlib çatmış və müxtəlif ölkələrdə yayılmışdır.

Qədim YunanıstanQədim Romada lira sözü geniş mənada istifadə olunur və lira ailəsinə—xelis (q.yun. χέλυς, lat. chelys, chelis hərf. tısbağa), barbit (q.yun. βάρβιτον, βάρβιτος, lat. barbitos, barbitus), Forminqa (q.yun. φόρμιγξ), kifara (q.yun. κιθάρα, lat. cithara) aid bütün alətlərə şamil edilirdi. Dar mənada isə , xelis Liraların içərisində çəkiyə görə ən yüngül və formasına görə ən sadə sinə deyilirdi.Xelis tısbağa çanağına öküz gönü çəkilmiş formada idi.

Korpus (rezonator) dairəvi və ya dördkünc formada olurdu (yunanlarromalılarda yalnız dairəvi formada) , alətin iki qolu körpücüklə birləşdirilirdi. Simlər qoyun bağırsağından eyni uzunluqda hazırlanİran və korpusla körpücük arasında tarım çəkilirdi. Bütün antik lira larda çalğı texnikası eyni idi : musiqiçi aləti korpusa 45 dərəcə bucaq altında tutur , ya ayaqüstü (xüsusilə, kifara çalğısında) , ya da oturaraq çalırdı. Səsi sümük mizrabla əldə edirdilər.Sərbəst əlin barmaqları ilə isə çalğı zamanı lazım olmayan simlərin üzərinə qoymaqla susdururdular.