Andrea del Sarto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andrea del Sarto
Andrea del Sarto
Avtoportret
Avtoportret
Doğum adı Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi
Doğum tarixi
Doğum yeri Florensiya
Vəfat tarixi 28/29 sentyabr 1530
və ya 21 yanvar 1531
Vəfat yeri Florensiya
Vəfat səbəbi taun
Dəfn yeri
Fəaliyyəti rəssam, boyakar[d], vizual incəsənət rəssamı
Janr Florensiya məktəbi
Stil Yüksək İntibah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrea del Sarto (it. Andrea del Sarto, əsl adı Andrea d’Anyolo di Françesko di Luka di Paolo del Milyore Vannukki, it. Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi; 16 iyul 1486[1], Florensiya[2]29 sentyabr 1530[3][1], Florensiya) — yaradıcılığı yüksək İntibah və erkən manyerizm dövründə çiçəklənən florensiyalı rəssam. Həyatı boyunca onu senza errori (tərc. "səhvsiz") adlandırmışlar.

Andrea 1486 və ya 1487-ci il 16 iyulda Florensiyada anadan olmuşdur. Onun atası Aqnolo dərzi (it. sarto) olduğu üçün Andreanın özü "del Sarto" (tərc. "dərzi oğlu") kimi tanınmağa başladı. 1677-ci ildən bəzi sənədlərdə soyadı Vannukki kimi göstərilib. 1494-cü ildə Andrea əvvəlcə zərgərə, sonra oymaçıya, sonda isə rəssam Cian Barilə şagirdlik edir. Vazariyə görə sonralar o Pyero di KozimoRaffaellino del Qarbonun tələbəsi olmuşdur.

Andrea və köhnə dostu Fransiabicio birlikdə Pyatsa del Qranoda emalatxana açırlar. "İsanın vaftizi" onların birlikdə ilk əsərləri olur. Zaman keçdikcə Sartonun fərdi üslubu formalaşır və onlar ayrılıqda işləməyə başlayırlar.

Florensiyada freskalar

[redaktə | mənbəni redaktə et]

1509–1514-cü illərdə Andrea, Servite monastrının portikində 1285-ci ildə ölmüş Servite müqəddəsi Filippo Benizzinin həyatını əks etdirən 3 freska yaratmışdı. O, qısa bir zamanda Benizzini cüzamlı birinə geyimini verərkən, qumarbazları lənətləyərkən və qızı şeytandan qurtararkən təsvir etmişdi. Bu əsərlərin mükəmməliyi, xüsüsilə konturlarının dəqiqliyi Andreaya "Andrea senza errori" adını qazandırır. Bundan sonra o Müqəddəs Filipponun freskasını yaradır. 1514-cü ildə Andrea özünün son iki freskasını bitirir. Bunlar "Bakirənin doğuşu" və "Ədalətin alleqoriyası"dır.

Fransaya səfər

[redaktə | mənbəni redaktə et]

Fransaya göndərilən Pieta kompozisiyası və "Madonna" əsərindən sonra Andrea I Fransisk tərəfindən Fransaya dəvət edilir. 1518-ci ilin iyununda o, həyat yoldaşı Lukretsiya del Fedeni tərk edərək şagirdi Andrea Skvarzella ilə birlikdə Fransaya yola düşür.

Corco Vazari və Andreanın şagirdinin yazdığına görə Lukretsiya rəssamın İtaliyaya qayıtmasını tələb etmişdi. Kraldan görmədiyi işlərə görə pul aldıqdan sonra Andrea Florensiyaya qayıdır və həmin pulla özünə ev alır. Bundan sonra o Fransaya qayıtmır.

1520-ci ildən Andrea Florensiyada işləməyə başlayır. O "İnam və xeyirxahlıq", "İrodiadanın qızlarının rəqsi", "Baptistin edamı", "Ümid alleqoriyası", "Mələyin Zəkəriyyəyə görunməsi" əsərlərini yaradır.

1523-cü ildə Papa X Levin Rafael tərəfindən çəkilmiş portretlərinin surətini yaradır. Adreanın Skaltsoda son işi olan "Baptistin doğuşu"nu 1526-cı ildə tamamlayır. Növbəti ildə isə o son mühüm əsərini, Florensiya yaxınlığındakı Salvidə "Sonuncu şam yeməyi"ni tamamlayır.

  • Müqəddəs ailə şəhid Pyotrla (1507–1508, Pinakoteka, Bari)
  • Madonna və körpəsi Müqəddəs İoanla (1513, Uaytfild İncəsənət muzeyi)
  • Madonna qarpiyalarla (Françesko, Uffitsi, Florensiya)
  • Atalar "Üçlük" doktrinasını müzakirə edərkən (Uffitsi)
  • Pyeta (Belveder sarayı, Vyana)
  • Yuli Sezar xərac alarkən (1521; Alessandro Allori tərəfindən tamamlanmışdır)
  • Bakirə müqəddəslərin əhatəsində (Florensiya)
  • Həyat yoldaşının portreti
  • Gənc adamın portreti (Milli Qalereya, London)