Qaydalar və şərtlər onlayn reklam tanıtım kreditləri üçün tətbiq olunur:

  • Bu hallarda tanıtım krediti üçün uyğun ola bilərsiniz: (a) Google Reklamda yeni reklamçısınızsa və ilk reklam təəssüratınız tanıtım kodunu daxil etməzdən 14 gün əvvəl ilk Google Reklam hesabınızdan təqdim olunubsa; və ya (b) mövcud Google Reklam müştərisisinizsə və Google Reklamda yeni funksiya və ya məhsulu aktivləşdirsəniz və ya Google tərəfindən vauçerdə göstərildiyi kimi qeyri-aktiv hesabı yenidən aktivləşdirsəniz. Müvafiq uyğunluq tələbi Google'dan aldığınız təklifdə göstərilib.
  • Reklamçılardan tanıtım kreditini aşan bütün reklamlar üçün ödəniş tutulacaq. Reklamçılar əlavə reklam haqqı ödəmək istəmədikləri halda, tanıtım krediti bitənə qədər istənilən vaxt reklamlarını dayandıra bilərlər. Tanıtım krediti bitdikdə reklamçılara bildiriş verilməyəcək.
  • Tələb olunan xərclər və/yaxud əməliyyatlar uğurla tamamlandıqdan sonra, bütün uyğunluq yoxlamalarının yerinə yetirilməsi şərti ilə, kredit adətən 35 gün ərzində Google Reklam hesabınızın Faktura Xülasəsinə tətbiq ediləcək.
  • Müvafiq tanıtım üçün əlavə qaydalar və şərtlərdə başqa hal nəzərdə tutulmayıbsa, kredit hesabınıza tətbiq edildikdən 60 gün sonra müddəti başa çatır. İstənilən vaxt Google Reklam hesabınızın Faktura səhifəsində Tanıtımlar tabını nəzərdən keçirərək, tanıtım kredit balansınızı və hər hansı müvafiq son tarixləri yoxlaya bilərsiniz.
  • Təklif üçün reklam təsdiqi, doğru qeydiyyat və Google Reklam Proqramının standart qaydalar və şərtlərinin qəbulu tələb olunur.
  • Tanıtım krediti başqasına ötürülə bilməz, satıla və ya barter edilə bilməz.
  • Təklif istənilən vaxt Google Ireland Limited tərəfindən hər hansı səbəbdən ləğv edilə bilər.
  • Reklamçılar hər hansı vergilər və ya ödənilməli digər rüsumlara görə məsuliyyət daşıyırlar və onları ödəmək üçün tanıtım kreditindən istifadə edə bilməzlər. Reklamçılar tərəfindən hər hansı vergi və ya digər rüsumların ödənilməsi hər hansı tanıtım krediti qazandırmayacaq.
  • Hər müştəri üçün bir tanıtım krediti.
  • Sizdən minimum məbləğdə reklam xərcləri toplamaq və tanıtım krediti tətbiq edilməzdən əvvəl müvəffəqiyyətlə ödəniş etməniz tələb oluna bilər.
  • Təklifdən istifadə avtomatik ödənişlər üçün faktura seçimləri ilə məhdudlaşdırıla bilər.
  • Google Reklam hesabınızı tanıtım kreditinizin verildiyi valyutadan fərqli valyutada yaratsanız, xərc tələbinin faktiki məbləği, eləcə də tanıtım krediti xarici valyuta dalğalanmalarına məruz qala bilər.
  • Təklif yalnız Azərbaycan ərazisində faktura ünvanı olan müştərilər üçün keçərlidir.
  • Təklifin müddəti vauçerinizi ehtiva edən media ilk dəfə verildikdən 3 ay sonra və ya vauçerdə göstərilən son istifadə tarixində (əgər varsa) başa çatır.
  • Bu vauçer və/və ya tanıtım kreditindən istifadə etməyiniz bu qaydalar və şərtləri qəbul etdiyinizi göstərir. Qanunla qadağan olunduğu yerdə təklif etibarsızdır.
  • Bütün bu hüquqi jarqonlarla sizi yorduğumuza görə üzr istəyirik!